“TƏBİB”in belə açıqlamasından sonra kim peyvənd vurdurar?” - Həkimdən sərt TƏNQİD

“TƏBİB”in belə açıqlamasından sonra kim peyvənd vurdurar?” - Həkimdən sərt TƏNQİD

Hazırda oxunan: “TƏBİB”in belə açıqlamasından sonra kim peyvənd vurdurar?” - Həkimdən sərt TƏNQİD

8656

“TƏBİB-in son açıqlamasından sonra heç kim peyvənd vurdurmaz. Belə informasiyadan  və insanları əvvəlcədən ürküdəndən sonra kim vaksin vurdurar?”.

Bu sözləri tanınmış həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tətbiq edilən vaksin zərərlə nəticələnərsə, təzminat veriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

TƏBİB-in məlum açıqlamasını sərt tənqid edən həkim insanları belə məlumatlarla təşvişə salmağın doğru olmadığını vurğulayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana peyvənd gətirildi? – TƏBİB xəbərsizdir


“Təzminat məsələsi ortaya atılandan sonra peyvəndlənmək istəyənlərin sayı azalıb, bu istəkdə olanlar isə fikirlərini dəyişib. TƏBİB deyir ki, əgər peyvəndləmədən sonra şəxs hansısa bir xəstəliyə düçar olarsa, əməkhaqqının 100 faizi qədər kompensasiya veriləcək. Peyvənddən sonra dünyasını dəyişən şəxslərin isə ailə üzvlərinə təzminat veriləcək".

"Çindən gətirilən vaksinin nə xilasetmə gücü və effekti olacaq ki, bu məsələdən qurtulaq? Gürcüstan Almaniyanın biotexnoloji “BioNTech” firmasının peyvəndlərinin kütləvi tətbiqini həyata keçirir. Bu firmanın vaksinini Azərbaycana da gətirsinlər və gözümüzü yumub vurduraq. Çinin vaksininə kim inanar?”.

Rasif Bağırov bütün istehsal sahələrində müasir texnologiya üsulundan istifadəni daha məqsədəuyğun hesab edir: 

“Çin peyvənd istehsalında köhnə metodologiyadan istifadə edib və bu üsul ştammın zəiflədilmiş formasıdır. Bəzi ailələr günü bu gün uşaqlarını dövlətə məxsus mərkəzlərdə deyil, özəl klinikalarda peyvənd etdirir. Çünki özəl klinikalar peyvəndləri müasir texnologiya üsulu ilə hazırlayan Avropadan gətirir. Vətəndaş bu peyvəndlərə daha çox üstünlük verir. Rusiya və Çin istehsalı keyfiyyətli olmur. Üzunmüddətlilik və keyfiyyətlilik göstəricilərinə cavab vermir. Acından ölən Gürcüstan Avropa peyvəndini ala bilir, biz isə ala bilmirik. Niyə?”.

Qeyd edək ki, gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO