Bakıda əmi və qardaşı oğluna qarşı amansız cinayət - MƏHKƏMƏ

Bakıda əmi və qardaşı oğluna qarşı amansız cinayət - MƏHKƏMƏ

Hazırda oxunan: Bakıda əmi və qardaşı oğluna qarşı amansız cinayət - MƏHKƏMƏ

86558

Bakının Qaradağ rayonunda iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Tariyel Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Rahib Salmanovun ictraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, hadisə bu ilin aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsində baş verib. Bakı şəhər sakini Əmrah Kərimov və qardaşı oğlu Orxan Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilib.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilib. 
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan eidlib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO