Beynəlxalq Banka sədr təyin edildi

Beynəlxalq Banka sədr təyin edildi

Hazırda oxunan: Beynəlxalq Banka sədr təyin edildi

86519
Beynəlxalq Banka sədr təyinatı baş verib.   

Axar.az-a daxil olan qeyri-rəsmiməlumata görə, bu gün “Azər-Türk Bank”x9d ASC-nin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının sədri seçilib.  

 Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və Bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi.   Elmar Məmmədov 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”x9dda davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib.   Ötən il dekabrın 14-də “Azər-Türk Bank" ASC-nin səmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmişdi.   Elmar Məmmədov “Azərsığorta”x9d Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun (Azərbaycanda “Sığorta Mamed”x9d kimi məşhur olan şəxs) oğludur.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO