Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul - MÜSABİQƏ BAŞLAYIR

Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul - MÜSABİQƏ BAŞLAYIR

Hazırda oxunan: Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul - MÜSABİQƏ BAŞLAYIR

86518

2022-2023-cü tədris ili üçün keçiriləcək məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 avqust tarixindən start veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərini əhatə edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“1667 məktəbəqədər təhsil müəssisəsini birləşdirən sistem yaradılıb” – Nazir 


Bildiririk ki, müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulmuşdur.

Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qeyd edək ki, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq.

Nəzərinizə çatdırırıq ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək.

Belə ki, ümumilikdə müsabiqənin hər iki - test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək.
Müsabiqənin müsahibə mərhələsi haqqında yaxın günlərdə ətraflı məlumat paylaşılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO