Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, hakim Məhəmməd Əkbərovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Qeyd edək ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun koronavirus testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən onun icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb. M.Əkbərov və İ.Mahmudov hazırda ev şəraitində müalicə olunur.
Qeyd edək ki, İlham Mahmudov və Məhəmməd Əkbərov sabiq əmək və həalinin müdafiəsi naziri Səlim Müslümovun işində hakim heyətinin üzvüdür.
Bu səbəbdən Səlim Müslümovun bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İlham Mahmudov və Məhəmməd Əkbərovun icraatında olduğu, həmçinin tərkib üzv olduqları cinayət işləri üzrə bütün proseslər təxirə salınıb.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:50 / 01.08.2022
Səlim Müslümovun məhkəməsi hakimə görə təxirə salındı
Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi hakimə görə təxirə salındı
Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi hakimə görə təxirə salındı
86459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.