Qazaxda toyda DAVA: Bir nəfər bıçaqlandı

Qazaxda toyda DAVA: Bir nəfər bıçaqlandı

Hazırda oxunan: Qazaxda toyda DAVA: Bir nəfər bıçaqlandı

86317

Qazax rayonunda toyda düşən mübahisə zəminində bıçaqlanma baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Quşçu Ayrım kəndində 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı bir nəfərlə mübahisə edib.

Onlar arasındakı dava sonda bıçaqlanma ilə nəticələnib.

İ.Süleymanov iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO