Ağalı kəndində polis sahə məntəqəsi yaradıldı - FOTO 

Ağalı kəndində polis sahə məntəqəsi yaradıldı - FOTO 

Hazırda oxunan: Ağalı kəndində polis sahə məntəqəsi yaradıldı - FOTO 

86253

Zəngilan rayonunun Ağalı kəndində Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. 

Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib. 

Məlumatda deyilir: "İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. 

Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO