M ekspres xətlərində dəyişiklik olacaq

M ekspres xətlərində dəyişiklik olacaq

Hazırda oxunan: M ekspres xətlərində dəyişiklik olacaq

Özət:
  • Gün ərzində 2100 avtobus sərnişinlərə xidmət edir.
  • Daha 70 ədəd avtobus pik saatlarında marşuruta buraxılır.
862

Metro ilə sərnişindaşıma müvəqqəti dayandırıldığından hazırda Bakı şəhərində sərnişindaşımalar avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi nəqliyyat planı hazırlayıb.  Agentliyn mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizim.Media-ya açıqlamasında  hazırda sərnişindaşımaları üzrə 153 müntəzəm və 10 ekspres marşrut xəttinin xidmət göstərdiyini deyib. “Bu xətlər üzrə ümumilikdə 2100 -ə yaxın avtobus cəlb olunub ki, bu da 13-15 % çoxdur. Daha 70  avtobus isə ehtiyat olaraq səhər və axşam pik saatlarda daşımalara cəlb olunacaq”.

Mais Ağayev M saylı marşrut xəttlərində də  dəyişikliklər olacağını açıqladı. “M6 (“28 May” m/st-“H.Aslanov” m/st) ekspres xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçəcək.  M7 tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə “Sahil” m/st və “Koroğlu” m/st-nı əlaqələndirəcək.  M9 və M10 -ların fəaliyyəti isə dayandırılacaq. Bu avtobuslar isə sərnişin axını daha çox olan istiqamətlərdə istifadə ediləcək".

M. Ağayev qeyd edib ki,  bu gün səhər aparılan müşahidələr nəticəsində  gün ərzində, xüsusilə pik saatlarda nəqliyyatın hərəkətində yaranan sıxlıqlar intervalın pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olub: “Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar. Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO