Psixoloqların intihar sayı NİYƏ ARTIB? – “4 ildən bir BUNU etmək lazımdır”

Psixoloqların intihar sayı NİYƏ ARTIB? – “4 ildən bir BUNU etmək lazımdır”

Hazırda oxunan: Psixoloqların intihar sayı NİYƏ ARTIB? – “4 ildən bir BUNU etmək lazımdır”

86194

Hər il dünyada 60 milyona yaxın insan intihara cəhd edir. Ona görə də Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırırb.

Amma intihara cəhd edən 60 milyon insandan 800 min nəfərinin həyatını xilas etmək mümkün olmur. 800 min insanın bədənindən əvvəl, arzularını öldürdüyü məlum olur. 

İntiharların səbəbi müxtəlifdir. Maddi sıxıntıdan tutmuş müharibə böhranlarına qədər hər cür əzab var ki, insanlar bu həyat həqiqətlərinin qarşısında duruş gətirə bilmirlər. Ona görə də XXI əsrdə psixologiya elmi xüsusi olaraq inkişaf etməyə başladı, insanların düşüncəsinə yardım etmək üçün psixoloqlar təbəqəsi də meydana gəldi.
 

MÖVZU İLƏ BAĞLI:

STOP SUICIDE - İntihar xəbərləri cəmiyyəti hara aparır?


Amma intiharlar mövzusu fonunda bu gün biz başqa məsələdən danışacağıq. Son bir neçə ilin statistikasında dünyada intihar edələrin arasında elə psixoloqların da özünün olmasıdır. Bu əslində kifayət qədər narahatedici faktdır.

Psixoloq Vüsalə Əmiraslanovanın izahına görə, həkimlərin intiharının başlıca səbəbi peşəsindən dolayı psixoloji yüklənmədir: 

“Pasiyentlərdən alınan neqativləri elə də asanlıqla təmizlmək olmur. Bəzən buna iradə tab gətirmir, ona görə də hər bir psixoloq dörd ildən bir təlimlərə getməli, özünü yenidən kəşf etməlidir. Və öz problemini həll edə bilməyən psixoloq heç vaxt yaxşı psixoloq ola bilməz. Yaxşı psixoloq heç vaxt intihar edə bilməz. Burada başqa bir məsələ də öz sənətinə bağlılıqdır. İşini sevməyən, onun incəliklərini axıracan öyrənməyən psixoloq da özünə xələl yetirə bilər. Onsuz da hər bir insan heç olmasa, bir dəfə intihar haqqında düşünür. 

Psixoloq və yazıçı Nizami Orucovun isə məsələyə fərqli yanaşması var:

“Psixoloq da hər kəs kimi bir insandır. Bərbər öz saçını kəsmədiyi kimi, stomotoloq öz dişini çəkmədiyi kimi, psixoloqlar da özləri özlərini müalicə edə bilməz. Cəmiyyətimiz psixoloqu bir az fərqli təsəvvür edir. Normalda hər bir psixoloqun ondan daha savadlı, daha peşəkar şəxsi psixoloqu olmalıdır. 

Şəxsən mənim həyatımda üç dəfə intihara yaxın məqamlar olub. Çox şükür, özümə zərər vermədən üçünü də aşa bilmişəm və bu haqda öz kitabımda da yazmışam”. 

Şəfaqət Cavanşir, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO