​​​​​​​Samuxda çətənə yetişdirən şəxs saxlanıldı - FOTO 

​​​​​​​Samuxda çətənə yetişdirən şəxs saxlanıldı - FOTO 

Hazırda oxunan: ​​​​​​​Samuxda çətənə yetişdirən şəxs saxlanıldı - FOTO 

86175

Samuxda narkotik yetişdirən şəxs saxlanılıb.  

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elşən Əsədov saxlanılıb.  

Şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə olması müəyyən edilib.
Əraziyə baxış zamanı oradan ümumi çəkisi 10 kiloqramdan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb.  

Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO