Azərbaycan pomidorları Ukrayna bazarlarında – Rəsmi

Azərbaycan pomidorları Ukrayna bazarlarında – Rəsmi

Hazırda oxunan: Azərbaycan pomidorları Ukrayna bazarlarında – Rəsmi

8615

“Məhsulunu Rusiyaya rahat, qısa müddətə çatdıran və yüksək qiymətə satan sahibkarlar uzaqda yerləşən və qiymətin aşağı olduğu Körfəz ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə pomidor ixrac etməkdə maraqlı deyil.

Üstəlik Dubayda Şəmkir pomidorları kimi iri pomidorlar elə də satılmır. Onlar əsasən salxım pomidorlarına üstünlük verirlər və son nəticədə Türkiyə, Mərakeş kimi ölkələrdən Dubay bazarına məhsullar daxil olur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın qadağan etdiyi pomidorlar Azərbaycan bazarlarında – AQTA isə susur


Azərbaycan pomidorları Ukrayna bazarında özünə yer edə bilər. Doğrudur, bu ölkədə daha ucuz satılan Türkiyə pomidorları ilə rəqabət aparmaq lazımdır, amma Ukraynadan daima bizə təkliflər gəlir.

Baxmayaraq ki, bizim pomidorlarımız bahadır. Amma həmin məhsullar Ukraynada tanındığı üçün orada satmaq mümkündür. Bu isə yenə də vaxt və marketinq tələb edir". (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO