Emin Əmrullayev:

Emin Əmrullayev: "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirməyək”

Hazırda oxunan: Emin Əmrullayev: "Bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirməyək”

86141

“Qətiyyən bu qərarı Milli Elmlər Akademiyasının ləğvi kimi qiymətləndirmək düzgün deyil”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Milli Elmlər Akademiyası öz fəaliyyətini davam etdirir:

“Sadəcə AMEA-nın tabeliyində olan bəzi elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Tabelik və elmi fəaliyyət qarışdırılmamalıdır. Çünki hətta yeni struktur yaradıldıqdan sonra da həm texniki, həm də humanitar sahə üzrə elmi prioritetləri müəyyənləşdirmək, elmi fəaliyyətlə bağlı ölkənin vacib istiqamətlərini müəyyən etmək məhz AMEA-nın səlahiyyətləri olaraq qalır. Mən inanıram ki, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyində olan həm ali təhsil müəssisələri, həm elmi təşkilatlar birlikdə ölkədə elmin və təhsilin inkişafına nail olacaq”, - nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO