Beyləqanda şəhid ailəsinə yeni mənzil verildi – FOTO    

Beyləqanda şəhid ailəsinə yeni mənzil verildi – FOTO    

Hazırda oxunan: Beyləqanda şəhid ailəsinə yeni mənzil verildi – FOTO    

86116

Bu gün Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, şəhid Elşən Qurban oğlu Abbasovun ruhu şaddır. Çünki ondan bizə əmanət qalan ailəsi dövlət tərəfindən Beyləqan şəhərində yeni, tam təmirli mənzillə təmin edilib.  

Şəhidin həyat yoldaşı Vəsilə Abbasova ilə həmsöhbət olduq.  

O bildirib ki, Elşən milli ruhda böyüyən və bunu ailəsinə, ətrafındakılara aşılamaqdan yorulmayan əsl vətənpərvər idi.  

Bizim.Media xəbər verir ki, 44 günlük Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Elşən Abbasovun Narınc və Asya adında iki azyaşlı övladı yadigar qalıb. İndi onlar dövlətin verdiyi yeni mənzildə böyüyəcəklər.  

Dövlət başçısının müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Vəsilə xanım dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirir. 

Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilib.  

Bu ilin sonunadək 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub ki, artıq 600 mənzil təqdim olunub. Yaxın iki ayda isə bu kateqoriyadan olan şəxslərə daha 500 mənzil və fərdi ev veriləcək. 
Bununla yanaşı, postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bu günədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO