Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə Şuşada sessiya keçirilir.
Bizim.Media xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə bildirib ki, sessiya çərçivəsində "Şuşa akkordu" adlanan sənədlər qəbul ediləcək.
O qeyd edib ki, Qoşulmama Hərəkatının əsas prinsipi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörməti və ərazi bütövlüyünün toxunulmazlığıdır:
“Əlbəttə Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri də bu prinsipi əsas tutur və Gənclər Şəbəkəsinin də əsas baza prinsipi budur. Keçirilən mədəni tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı məlumatlar verilib. Ümid edirik ki, qonaqlar Azərbaycandan xoş xatirələrlə ayrılacaqlar”.
Apa.az-ın məlumatına görə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarə Heyətinin sədri Məftun Abbasov isə deyib ki, bu gün Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkədən gənclərin Şuşada da belə bir tədbirdə iştirakı qürurvericidir.
O bildirib ki, gənclərə ermənilərin törətdiyi vandalizm, eyni zamanda, aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.
“Tədbirə Şuşa şəhərinin ev sahibliyi etməsindən məmnunluq duyuruq”, - Məftun Abbasov əlavə edib.
Bizim.Media
![60 ölkənin gənclərinə erməni vandalizmi haqqında məlumat verildi 60 ölkənin gənclərinə erməni vandalizmi haqqında məlumat verildi](https://bizim.media/file/articles/2022/07/29/1659090120_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 29.07.2022
60 ölkənin gənclərinə erməni vandalizmi haqqında məlumat verildi
Hazırda oxunan: 60 ölkənin gənclərinə erməni vandalizmi haqqında məlumat verildi
Hazırda oxunan: 60 ölkənin gənclərinə erməni vandalizmi haqqında məlumat verildi
86079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.