Bakının Xəzər rayonunda dostunu qətlə yetirməkdə ittiham olunan 1965-ci il təvəllüdlü Zaur Kazımovun apellyasiya şikayətinə baxılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Zaur Kazımovun cəzasının ağırlaşdırılması ilə bağlı prokurorun verdiyi apellyasiya protesti təmin edilib.
Qərara görə, prokurorun Zaur Kazımovun cəzasının bir hissəsini həbsxana rejimində çəkməsi ilə bağlı verdiyi şikayət qismən təmin olunub və Zaur Kazımovun barəsində 17 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Kazımov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
İttihama görə, hadisə bu il yanvarın 7-də baş verib. Binə qəsəbəsində əvvəllər də məhkum olumuş Zaur Kazımov münaqişə zəminində Zaur Cəbrayılovu bıçaqlayaraq öldürüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Zaur Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Kazımov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qarabağ müharibəsi iştirakçısıdır və 1992-ci ildə Qarabağ döyüşlərindən qayıtdıqdan sonra yaşadığı Binə qəsəbəsində qətl törədib.
O, 9 il müddətinə azadlıqdan məhrum edilib və 2001-ci ildə azadlığa çıxıb. Azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olub.
Zaur Kazımov 2009-cu ildə narkotik vasitələrdən istifadə etdiyinə görə azadlıqdan məhrum olunub və 2010-cu ildə cəzasnı çəkdikdən sonra azadlığa çıxıb. Növbəti dəfə 2021-ci ilin oktyabrında narkotik vasitədən istifadəyə görə tutulub və məhkəmənin hökmü ilə 2 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Cəzası bitməmiş isə bu hadisəni törədib.
Mərhum Zaur Cəbrayılovla hadisədən iki il əvvəl yaşadığı Binə qəsəbəsində tanış olub. Zaur Cəbrayılov da onun kimi məhkumluq həyatı yaşayıb. Onların münasibətləri yaxşı olub, hətta bir-birlərinin evində qonaq olublar.
Lakin bir müddətdən sonra Zaur Cəbrayılov spirtli içki içdikdən sonra özünü apara bilməyib və Zaur Kazımovla söyüşlə danışıb. Zaur Kazımov buna irad tutsa da, əhəmiyyət verməyib. Bu söyüşlərin nəticəsi olaraq sonda qətl hadisəsi baş verib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 29.07.2022
Söyüş üstündə dostunu qətlə yetirdi, 17 il azadlığından oldu
Hazırda oxunan: Söyüş üstündə dostunu qətlə yetirdi, 17 il azadlığından oldu
Hazırda oxunan: Söyüş üstündə dostunu qətlə yetirdi, 17 il azadlığından oldu
86053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.