İş adamı Maqsud Mahmudovun barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra onun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məlum olub ki, Maqsud Mahmudov barəsində olan məhkəmə hökmü ilə razı deyil. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə baxışı avqustun 14-ə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq orqanı tərəfindən Maqsud Mahmudovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham elan edilib.
Maqsud Mahmudovun barəsində Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa elan edilib. O, 2021-ci ilin iyulunda Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 91 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 29.07.2022
Müğənniləri şantaj edən iş adamı yenidən hakim qarşısında
Hazırda oxunan: Müğənniləri şantaj edən iş adamı yenidən hakim qarşısında
Hazırda oxunan: Müğənniləri şantaj edən iş adamı yenidən hakim qarşısında
86049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.