Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
MÖVZU İLƏ BAĞLI:
Lökbatanda balıq tutan 2 nəfər dənizdə batdı – Axtarışlar davam etdirilir
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.
Bizim.Media