Bakıda qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı 

Bakıda qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı 

Hazırda oxunan: Bakıda qaynaqçının ölümü ilə bağlı cinayət işi başlandı 

86013

İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. 

Nərimanov rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər almışdır. 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. 
İş üzrə istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO