Füzuli rayonunun Əhmədbəyli kəndində kafe yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə, ümumi sahəsi 300 m² olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 48 m² sahədə, yaxınlıqda ümumi sahəsi 72 m² olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.
Yüksək temperaturdan mağazanın xarici divarına quraşdırılan kondisioner qismən əriyib. Kafenin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media
![Füzulidə kafe YANDI Füzulidə kafe YANDI](https://bizim.media/file/articles/2022/07/29/1659038938_5.jpg)
- A-
- A
- A+
Cəmiyyət
05:20 / 29.07.2022
Füzulidə kafe YANDI
Hazırda oxunan: Füzulidə kafe YANDI
Hazırda oxunan: Füzulidə kafe YANDI
86001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.