Sakinlərin qazla bağlı şikayət və təkliflərinin yerində dinlənilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə respublikanın dağlıq rayonlarından olan Qubada qurulub.
Bizim.Media xəbər verir ki, aksiyada sakinlər qazla bağlı müraciətlərini açıq ifadə ediblər.
Əsasən yaşayış məntəqəsinin qazlaşması, yaranmış borcun araşdırılması, fərdi evlərə qaz xəttinin çəkilməsi və s. ilə bağlı vətəndaşların müraciətləri Birlik əməkdaşları tərəfindən həm dinlənilib, həm də rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb.
44 günlük Vətən müharibəsində iştirak edib yaralanan qazilərimiz də tədbirdə iştirak edərək işlə təmin olunmalarına köməklik göstərilməsini istəyiblər.
Qeyd edək ki, “Açıq mikrofon” aksiyasında səsləndirilən və qeydiyyata alınan bütün müraciətlərin icrasına Birlik rəhbərliyi nəzarət edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:25 / 29.07.2022
“Açıq mikrofon” aksiyasında qazilər də iştirak etdi - FOTO
Hazırda oxunan: “Açıq mikrofon” aksiyasında qazilər də iştirak etdi - FOTO
Hazırda oxunan: “Açıq mikrofon” aksiyasında qazilər də iştirak etdi - FOTO
85996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.