İctimai yerlərdə gəzərkən, park skamyasında əyləşərkən, yaxud da ictimai nəqliyyatda hərəkət edərkən əksəriyyətin simasında neqativ auranı görməmək mümkün deyil. Demək olar ki, hər kəs kədərli, aqressiv ya da yorğun görünür.
Maraqlı məqamsa ondan ibarətdir ki, dost və ailə çevrələrində şən, optimist olan insanlarda da bu halı müşahidə etmək mümkündür.
Bəs, bunun səbəbi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Tariyel Faziloğlunun sözlərinə görə, bu kütləvi psixozla bağlıdır:
Pandemiyadan əvvəl də Azərbaycanda bu problem var idi. Lakin pandemiya, ardınca müharibə və konfliktdən sonrakı post-müharibə sindromu xalq psixoloji vəziyyətini tamamilə gərginləşdirdi, problemi pik həddə çatdırdı. Bu gün insanların əksəriyyətinin psixoloji immuniteti zəif haldadır. Əksər şəxslərdə hər zaman partlamağa hazır aqressiya hiss olunur. Tam real vəziyyət ondan ibarətdir ki, insanlar hər yerdə, ictimai yerlərdə, toplu daşımalarda aqressivdirlər, bir-birlərinə qarşı reaksiyaları da neqativ fondadır”.
Fazil Tariyeloğlunun sözlərinə görə, belə vəziyyət cəmiyyətdə digər neqativ hadisələrə yol açır:
“Kütləvi psixoz başqa psixi problemləri də yaradır. Bunun nəticəsini kütləvi intiharlarda, ailədaxili münaqişələrin artmasında, boşanmaların çoxalmasında və avtoqəzaların artmasında müşahidə etmək mümkündür”.
Psixoloq problemin həlli yoluyla bağlı da fikirlərini bölüşüb:
“Bunun üçün kompleks tədbirlər görülməlidir. İnsanlar həm psixoloji baxımdan maarifləndiriləmli, sosial rifah vəziyyətilə bağlı tədbirlər görülməlidir. Bir sözlə, xalqın psixoloji immunitetini gücləndirmək üçün lazımi tədbirlər görülməlidir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:45 / 29.07.2022
Azərbaycan adamı niyə aqressiv görkəmdədir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı
Hazırda oxunan: Azərbaycan adamı niyə aqressiv görkəmdədir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı
Hazırda oxunan: Azərbaycan adamı niyə aqressiv görkəmdədir? – Psixoloq SƏBƏBLƏRİ açıqladı
85962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.