Uşaqlarımız getdikcə daha gec dil açmağa başlayıb – Səbəb NƏDİR? 

Uşaqlarımız getdikcə daha gec dil açmağa başlayıb – Səbəb NƏDİR? 

Hazırda oxunan: Uşaqlarımız getdikcə daha gec dil açmağa başlayıb – Səbəb NƏDİR? 

85958

Son zamanlarda hər 5 ailədən 2-də azyaşlıların nitqində problem olduğu, hələ də danışa bilmədiyi, inkişafdan qaldığı bildirir. Valideyn üçün “ana”, “ata” sözlərinin körpəsindən eşidə bilməməsi nə qədər ağırdırsa, azyaşlının da özünü ifadə edə bilməməsi, danışmaması bir o qədər çətin situasiyadır. Nəticədə uşaq aqressivləşə və digər problemlərlə üzləşə bilər.

Pediatr Günay Rəsulova Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyərək, azyaşlıların nitqinin gecikməsi hallarının son zamanlar geniş hal aldığını bildirib. Onun sözlərinə görə, pandemiyanın da burada böyük rolu olub:
 

MÖVZU İLƏ BAĞLI:

Məcbur yedizdirməkdən uşaqlarda BU XƏSTƏLİK yarana bilər – Pediatrdan XƏBƏRDARLIQ 


“Valideynlərin əksəriyyəti evdə uşaqların başını qatmaq üçün telefon, kompyuter və bu kimi vasitələrə əl atması, uşaqlarla birbaşa ünsiyyətin qurulmaması nitq inkişafına böyük maneə yaradıb.

Ümumiyyətlə ilk 3 yaşda uşaqlara telefon, qacetlərdən istifadə etmələrinə icazə verilməməlidir. Təbii ki, nitq gecikməsində uşağın zehni inkişafının, sinir sisteminin necə olmasını da nəzərə alaraq yoxlanışlar aparırıq. Amma çox rast gəldiyimiz vəziyyətlərdə sinir sistemləri, qavrama, anlama nitqinin tam normal olduğunu görürük.

O, hər şeyi başa düşür, jest-mimikalarla bunu göstərir amma ifadəsində problem olur. Bu da uşaqlarla ünsiyyətin minimum olduğunu göstərir. Uşaqların ətraf mühitdən izolyasiya edilməsi, asosial böyüdülməsi, telefon, kompyuter, planşetlə sabitləşdirilməsi uşaqların nitqini gecikdirir. Həmçinin uşaqlarla 1 yox bir neçə dildə də danışılması da onların nitq inkişafına mənfi təsir göstərir”.

Pediatr əlavə olaraq bildirib ki, 1 yaşına çatan uşaq ən azı başa düşdüyü 1 sözü əzbər deməlidir:

“18 aylarında ən az 5-6 söz,  29 aya kimi isə ən gec uşaq 2 sözlü cümlə qurmalıdır yəni, "Mənə su ver" və bu kimi cümlələri rahatlıqla dilə gətirməyi bacarmalıdır. Əks təqdirdə, uşaqlara mütləq nitq dəstəyi göstərilməlidir. Burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür.
Onlar uşaqlarla davamlı ünsiyyətdə olmalı, şəkilli kitablara maraq yaratmalı, nağıllar danışmalıdırlar. Yeni sözləri oxuyub, uşaq dili ilə deyil, normal ünsiyyətlə izah etməlidir.

Bundan başqa problem əgər valideyn səviyyəsində həll olunmursa, baxça həmçinin loqoped bu işdə uşaq üçün ən böyük dəstəkçilərdir. Sözügedən problem ən gec uşağın 3 yaşına qədər həll olunmalıdır, əgər gecikərsə edilən səylər effektiv olmaya bilər”, - deyə G.Rəsulova qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO