“Mərasimləri xurafatdan uzaq keçirin” - Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı ÇAĞIRIŞ  

“Mərasimləri xurafatdan uzaq keçirin” - Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı ÇAĞIRIŞ  

Hazırda oxunan: “Mərasimləri xurafatdan uzaq keçirin” - Dövlət Komitəsindən Məhərrəm ayı ilə bağlı ÇAĞIRIŞ  

85950

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. 

Bizim.Media xəbər evrir ki, müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, Məhərrəm ayının başlanması ilə əlaqədar DQİDK-nın üzərinə düşən vəzifələrə toxunub, bununla əlaqədar Mərkəzi Aparat və bölgə şöbələrinin iş fəaliyyətlərini daha da gücləndirməli olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Məscidlərdə vakant vəzifələrlə bağlı YENİ XƏBƏR


Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran M.Qurbanlı dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb. 

“Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsinin qarşımıza ciddi vəzifələr qoyduğunu da bildirən Komitə sədri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən sənəd qəbulunun artıq yekunlaşdığını və avqust ayının 2-dən etibarən müsahibənin başlayacağını qeyd edib.

Din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü nəzərə çatdıran M.Qurbanlı din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb.

Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsində Azərbaycan İlahiyyat İnstitutunun roluna diqqət çəkib. 

DQİDK sədrinin müavini Səyavuş Heydərov və bölgə şöbə müdirləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşdükdən sonra müvafiq tapşırıq və tövsiyələr verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO