İyul ayının müavinət, təqaüd və sosial yardımları ödənildi

İyul ayının müavinət, təqaüd və sosial yardımları ödənildi

Hazırda oxunan: İyul ayının müavinət, təqaüd və sosial yardımları ödənildi

85931

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Bu barədə Bizim.Media-ya nazirlikdən xəbər verilib. 

Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. 

Beləliklə, bütün sosial təminat növləri üzrə iyul ayının sosial ödənişləri bu gün yekunlaşıb. 

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 15-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO