Yevlaxda maşın metal arakəsmələrə çırpıldı - Xəsarət alan var

Yevlaxda maşın metal arakəsmələrə çırpıldı - Xəsarət alan var

Hazırda oxunan: Yevlaxda maşın metal arakəsmələrə çırpıldı - Xəsarət alan var

85901

Yevlaxda sərnişin avtomobili metal arakəsmələrə çırpılıb. 

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.  

Minik maşınının idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılması nəticəsində 1959-cu il təvəllüdlü qadın sürücü - Gəncə şəhər sakini Biavanigərd Gülarə Əli qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO