Paytaxtda evlərindən çıxmaq istəməyən sakinlərin mənzilləri dağıdılır – ANBAAN VİDEO 

Paytaxtda evlərindən çıxmaq istəməyən sakinlərin mənzilləri dağıdılır – ANBAAN VİDEO 

Hazırda oxunan: Paytaxtda evlərindən çıxmaq istəməyən sakinlərin mənzilləri dağıdılır – ANBAAN VİDEO 

85899

Bakıda yaşadıqları binadan köçmək istəməyən sakinlərin mənzillərinin qapılarının sındırıldığı, evlərinin yararsız vəziyyətə salındığı iddia edilib.  

Bizim.Media xəbər verir ki, bununla bağlı vəkil Cavad Cavadov “Facebook”da paylaşım edib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yusif Səfərov küçəsində yerləşən binalardan birində baş verib.

Vəkil iddia edib ki, bu işlərə Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşırıqlarını verir:

“Dünən 27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb, mənzilin içərisi dağıdılıb, yaşayışa yararsız hala salınıb. Bütün qanunsuzluqlar videomüşahidə kameraları ilə lentə alınıb. Bu, əslində qanunsuzluq deyil, vandallıqdır, barbarlıqdır”.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO