Azərbaycan-Gürcüstan sərhədində daha bir zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, yerli vaxtla saat 10:39-da Gəncə stansiyasından 50 km şimalda Samux ərazisində (Azərbaycan-Gürcüstan sərhədində) zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
Xatırladaq ki, saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində ilk zəlzələ qeydə alınıb, maqnitudası 4,1, dərinliyi 18 km. olub. Zəlzələ hiss edilməyib.
Bizim.Media