Xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” işinə başladı

Xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” işinə başladı

Hazırda oxunan: Xaricdə təhsil alan gəncləri birləşdirən “ASAP Forum 2022” işinə başladı

85873

“Gülüstan” sarayında bu gün Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan forumda torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. 

Forumu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov açaraq tədbirin əhəmiyyətindən danışıb.

O bildirib ki, forum çərçivəsində 23 ölkənin 90-dan çox universitetində təhsil alan və məzun olmuş 300-dən çox gənc bir araya gəlib. 

Təhsil nazirinin müavini Muxtar Məmmədov, Milli Məclisin deputatı Kamal Cəfərov və başqaları çıxış edərək ölkəmizdə gənclər siyasətindən, təhsilin inkişafı istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıblar. 

Qeyd edilib ki, iyulun 31-dək davam edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həlləri təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir. 

Forum çərçivəsində dövlət xadimlərinin, ekspertlərin, xarici təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri, karyera sərgisi, şəbəkələşmə tədbirləri, müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər tərəfindən TEDx formatında çıxışlar və beynəlxalq müstəvidə təmsilçiliklə bağlı təlimlər keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO