Polisin saxladığı şəxslərin yeni CİNAYƏT əməlləri üzə çıxdı

Polisin saxladığı şəxslərin yeni CİNAYƏT əməlləri üzə çıxdı

Hazırda oxunan: Polisin saxladığı şəxslərin yeni CİNAYƏT əməlləri üzə çıxdı

85867

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırov və Q.Quliyevlə bağlı yeni informasiya əldə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, həmin şəxslər İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun oğurlayıblar.
İyulun 18-dən 21-dək olan müddətdə isə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun aparıblar.

Onların bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar. Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO