Prokurorluq Şərurda məktəblinin intiharı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun rəsmisi Günay Əyyubova Bizim.Media-nın özəl sorğusuna cavab olaraq bildirilib ki, Şərur rayon sakini 2005-ci il təvəllüdlü Azayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyətyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 4 gün əvvəl qəbul imtahanında aşağı bal topladığına görə ailəsi tərəfindən təzyiqə dözməyən qız intihar edib.
İntihar edən Laçın adlı qızın yazdığı son məktub sosial şəbəkələrdə yayılıb.
O, məktubun az bal topladığına görə atasının ona özünü asmasını dediyini qeyd edib:
"Mənim adım Laçındır, 17 yaşım var. Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyani isə atam verdi. Hələ bu gün səhər işə getmədən əvvəl mənə dedi ki, "Mən işdən gələnə qədər get özünü as öldür".
Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm.
Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur... Mən daha yoxam. Əlvida. Bəlkə də gözəl olardı", -deyə məktubda qeyd edilib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 28.07.2022
İmtahanda az bal toplayan məktəblinin ölümü ilə bağlı PROKURORLUQDAN AÇIQLAMA
Hazırda oxunan: İmtahanda az bal toplayan məktəblinin ölümü ilə bağlı PROKURORLUQDAN AÇIQLAMA
Hazırda oxunan: İmtahanda az bal toplayan məktəblinin ölümü ilə bağlı PROKURORLUQDAN AÇIQLAMA
85858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.