Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – ÖZƏL

Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – ÖZƏL

Hazırda oxunan: Ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı ANBAAN VİDEO – ÖZƏL

85770

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı Doğum Evi) 26 günlük körpənin ölümündən sonra pediatr Nigar Şahbazova tərəfindən təcili xəstəxanadan çıxarılması ilə bağlı xəbər vermişdik. Ailənin iddiasına görə, özlərinin razılığı olmadan Nigar Şahbazova sürücü və tibb bacısı ilə birgə ölən körpəni xəstəxananın arxa qapısından çıxararaq Niva markalı avtomobillə müəmmalı şəkildə harasa aparırmış. Buna mane olan ailə ilə həkim arasında insident yaşanmışdı. 

Ailə Bizim.Media-ya həmin insidenti əks etdirən videogörüntü təqdim edib. 
 

MÖVZU İLƏ BAĞLI:

6 saylı Doğum Evində DƏHŞƏT - Yeni doğulan körpə 26 gündür niyə GİZLƏDİLİR?


Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb.

Halbuki 9 ay müddətində nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti ilə bağlı ailə məlumatlandırılmayıb.
 

Üstəlik ötən gün körpə öldükdən sonra nəşi sözügedən xəstəxananın pediatrı Nigar Şahbazova tərəfindən xəstəxanadan təcili surətdə çıxarılıb. Cəsədin ailənin izni olmadan məqsədli və tələm-tələsik ekspertizaya aparıldığı iddia olunur.  


Sözügedən insidentlə bağlı görüntüləri təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media 

 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO