Bir zamanlar elmin beşiyi, kəşflərin, tədqiqatların mərkəzi olan AMEA mürgü vurur. Bu da elm mərkəzinin fiziki və mənəvi cəhətdən qocaldığını göstərir. Təsadüfi deyil ki, AMEA-ya çox zaman “pensionerlər oylağı” deyirlər. Bunu nəyə görə deyildiyini öyrənmək üçün bir balaca araşdırma apardıq.
Bəlli oldu ki, AMEA-nın Mərkəzi Aparatından başqa onun 50-dən artıq elmi-tədqiqat institutları və elmi mərkəzləri var. Amma bu qurumlara rəhbərlik edənlərin 90 faizi pensiya yaşını çoxdan keçib. Fikrimizin sübutu üçün bəzi elmi qurumların rəhbərləri barədə qısaca anatasiya hazırladıq.
MÖVZU İLƏ BAĞLI:
“AMEA boş çoxluğa bərabərdir” - AzTV-dən sərt tənqid - VİDEO
1. Fizika İnstitutunun baş direktoru Arif Həşimov (o həm də AMEA-nın prezidentinin vəzifəsini icra edir) - 73 yaş
2. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov - 76 yaş
3. Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev – 71 yaş
4. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov - 67 yaş
5. Akademik Y.Məmmədəliyev adına Neft-Kimya İnstitutunun baş direktoru Vaqif Abbasov - 70 yaş
6. Akademik Əli Quliyev adına Aşkarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev - 83 yaş
7. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev - 72 yaş
8. Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov - 71 yaş
9. Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə - 88 yaş
10. Neft və Qaz İnstitutunun baş direktoru –Fəxrəddin Qədirov - 72 yaş
11. Genetik Ehtiyatlat İnstitutunun baş direktoru – Zeynal Əkbərov - 70 yaş
12. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyeva - 68 yaş
13. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürov - 66 yaş
14. Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı - 82 yaş
15. Respublika Seysmologiya Mərkəzinin baş direktoru Qurban Yetirmişli - 70 yaş
16. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli - 69 yaş
17. Folklor İnstitutunun baş direktoru Muxtar İmanov - 67 yaş
18. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov - 68 yaş
19. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibəyli - 73 yaş
20. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov - 65 yaş
21. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə - 69 yaş
22. İqtisadiyyat İnstututunun baş direktoru Nazim İmanov - 67 yaş
23. Elm Tarixi İnstitutunun baş direktoru Məryəm Seyidbəyli – 67 yaş
Bu siyahını daha da uzatmaq olardı. Amma nə hacət. “Görünən dağa bələdçi lazım deyil”. AMEA doğrudan da “pensiyaçılar oylağı”dır. Sonda onu da qeyd edək ki, yuxarıda adı çəkilən şəxslərin əksəriyyəti bu vəzifələri ilə paralel digər postlara da sahib çıxıblar.
Surxay Atakişiyev, Bizim.Media