38 nəfəri dolandıran şəxs MƏHKƏMƏ QARŞISINDA 

38 nəfəri dolandıran şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: 38 nəfəri dolandıran şəxs MƏHKƏMƏ QARŞISINDA 

85719

Özünü “DOST"un işçisi kimi təqdim edərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən Elman Nuriyevin məhkəməsi başlayır. 

Bu barədə Bizim.Media-ya Biləsuvar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 14 saylı Ərazi Məşğulluq filialının Biləsuvar rayon Xidmət şöbəsinin işçisi kimi təqdim edib həmin agentliyin, habelə digər vəzifəli şəxslərlə öz “əlaqələri” vasitəsi ilə dövlət özünəməşğulluq proqramı çərçivəsində növbədənkənar qaydada dövlət hesabına mal-qara ilə təmin edəcəyi barədə yalan vədlər verməklə 38 nəfər şəxsin ümumilikdə 19 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

Toplanmış sübutlar əsasında Elman Nuriyevə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2-ci (rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO