“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədirsə başlayacaq".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
Nazir qeyd edib ki, Zəngilanda olan məktəbə artıq direktor təyinatı da olub:
“Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.
Alçina Amilqızı, Bizim.Media