Nazirdən MİQ imtahanında riyaziyyat fənnindən sualların satılması ilə bağlı AÇIQLAMA

Nazirdən MİQ imtahanında riyaziyyat fənnindən sualların satılması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazirdən MİQ imtahanında riyaziyyat fənnindən sualların satılması ilə bağlı AÇIQLAMA

85681

Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.

Bizim.Media xəbər ki, bu barədə o, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR  


Onun sözlərinə görə, nazirlik bu məsələdə zərərçəkən tərəfdir.

“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Bəzi sualların ictimaiyyətə açıqlanmasını araşdırırıq.

Təhsil İnstitutu və Təhsil Nazirliyinin prosesi şəffaf keçirməməkdə günahlandırılması əsassızdır.

Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil. Nöqsanın səbəbini araşdırmalıyıq. Səbəb odur ki, hansısa müəllim qaydaları pozub və buna görə də məsuliyyət daşıyır. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik və bu məsələni araşdıracağıq", - deyə nazir qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO