"2021-ci ildə məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayı 32 faiz təşkil edir".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, növbəti 5 ildə, yəni 2026-cı ildə hədəf məktəqədər təhsilə cəlb edilmiş uşaqların sayını 50 faizə çatdırmaqdır: “Dövrün sonuna 100 min uşağın bu təhsilə cəlbi nəzərdə tutulub”.
O bildirib ki, bu fəaliyyət istiqaməti "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunub.
Nazir həmçinin qeyd edib ki, Strategiyada 5 istiqamət üzrə hədəf nəzərdə tutulub.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 27.07.2022
“Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
Hazırda oxunan: “Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
Hazırda oxunan: “Hədəf məktəqədər təhsilə cəlb edilən uşaqların sayını 50 faizə çatdırmaqdır” – NAZİR
85668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.