Ağdam sakininə məxsus ot bağlamaları yanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, kənd sakini Elzamin Təhməzovun təsərrüfatına məxsus ot tayasına od düşməsi nəticəsində 700 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb.
Əraziyə cəlb edilən yerli yanğından mühafizə bölmələri yanğının qarşısını alıb, yardımçı binalara keçməsini əngəlləyiblər.
Faktla bağlı araşdırma başlanıb.
Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ Bürosu