Qızını ölümə təhrik edən ata HƏBS OLUNACAQMI? – 7 ilədək...

Qızını ölümə təhrik edən ata HƏBS OLUNACAQMI? – 7 ilədək...

Hazırda oxunan: Qızını ölümə təhrik edən ata HƏBS OLUNACAQMI? – 7 ilədək...

85573

Ötən gün Laçın adlı 17 yaşlı qızın qəbul imtahanında aşağı bal yığdığı üçün ailəsinin təzyiqinə dözməyərək intihar etdiyini xəbər vermişdik. Gənc qızın intihardan əvvəl yazdığı son sözləri hələ də sosial şəbəkələrdə müzakirə edilir. Xüsusilə Laçının iddiasına görə atasının ona “mən işdən gələnə kimi, özünü öldür” fikrinin yayılması sərt tənqid edilib. Övladını ölüm həddinə çatdırdığı üçün ata qınanılıb və ölüm hadisəsində günahkar kimi qələmə verilib.

Maraqlıdır, sözügedən hadisədə ata barədə hüquqi məsuliyyət nəzərdə tutulurmu? 

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, məsələyə hüquqi müstəvidə yanaşanda atanın dediyi sözlərlə qızının ölümü arasında səbəb-nəticə əlaqəsi var:

“Yəni qızın intihar etməsi atanın ona dediyi sözlərin nəticəsidir. Bu halda ata Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) məsuliyyət daşıyır. Hər halda araşdırma getməlidir. Biri var ki, ata daim qızına və ya digər övladlarına təzyiqlər göstərir, zorakı hərəkətlər edir və ona görə də dediyi hər hansı bir söz dərhal həqiqət kimi qəbul edilir. Biri də var, ümumilikdə valideyn narahatlığı və danlağı, boğazdan yuxarı deyilmiş fikir sayəsində uşaqlara təzyiq  etmək...

İstintaq prosesində bu məqamı ayırmaq lazımdır. Ölümün hansı səbəbdən olmasına baxmayaraq bu hadisə övladını sevən valideyn üçün bir faciədir. Bu hadisə hərtərəfli araşdırılmalıdır.
 

Araşdırma bitməmiş atanı günahlandırmaq doğru deyil. Əlbəttə ki, bu məsələdə ata bir qədər sözlərini kəskinləşdirib. Amma bəlkə də ağlına gəlməzdi ki, qızı belə bir addım atar.  Burada çox ehtiyatlı olmaq lazımdır və atanı mühakimə edib həbs etmək ailəyə növbəti faciə ola bilər”.


Qeyd edək ki, Cinayət Məcəlləsinin 125-ci maddəsində təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmadan bəhs olunur. Şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

İntihar edən 17 yaşlı Laçının məktubunu xatırladırıq:

"Mənim adım Laçındır, 17 yaşım var. Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyani isə atam verdi. Hələ bu gün səhər işə getmədən əvvəl mənə dedi ki, "Mən işdən gələnə qədər get özünü as öldür".
 

Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm.


Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur... Mən daha yoxam. Əlvida. Bəlkə də gözəl olardı".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO