Səyyar qəbulda avtomaşın hədiyyə edildi – FOTO  

Səyyar qəbulda avtomaşın hədiyyə edildi – FOTO  

Hazırda oxunan: Səyyar qəbulda avtomaşın hədiyyə edildi – FOTO  

85550

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün Birinci Nügədi kəndində keçirdiyi səyyar qəbulda sakinlərə avtomaşın hədiyyə edib.  

Rayonun ən iri yaşayış məntəqələrindən olan, 12000-dən çox sakinin yaşadığı kənddə məişət tullantılarının daşınması üçün avtomaşının olmaması ciddi çətinlik yaradırdı. Bu isə ekoloji təmizliyin pozulmasına səbəb olurdu.  

Z.Əliyev növbəti qəbula texnika ilə gedib. O, məişət tullantıları üçün saz vəziyyətdə olan avtomaşını Birinci Nügədi İnzibati Ərazi Dairəsinə hədiyyə edib. Bu, sakinlərin razılığı ilə qarşılanıb.  

Birinci Nügədi kəndində DTX-nin rayon şöbəsi rəisinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat rəhbərlərinin qatıldığı səyyar görüşdə sakinləri narahat edən digər məsələlər də dinlənilib.  
Problemlərin həlli üçün aidiyyətu qurum rəhbərlərinə tapşırıqlar verilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO