AMEA-dan AzTV-yə CAVAB 

AMEA-dan AzTV-yə CAVAB 

Hazırda oxunan: AMEA-dan AzTV-yə CAVAB 

85480

AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayıb. Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub və iş sonunda elm ocağında heç kimin tapılmadığı qeyd olunub. 

Süjetdə həm də AMEA-da işçilərin yaşından başqa heç nə dəyişmədiyi və qocalardan ibarət elm ocağının Azərbaycan cəmiyyətinə fayda vermədiyi bildirilir.

Tənqidlərə münasibət öyrənmək üçün AMEA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Azadə Balayeva AzTV-nin hazırladığı məlum süjetin qeyri-peşəkar və doğru yanaşma olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“AMEA boş çoxluğa bərabərdir” - AzTV-dən sərt tənqid - VİDEO


“10 dəqiqə orada dayanıb insanların işə gəlmədiyini demək, boş fikirlər yürütmək ciddi yanaşma deyil. Peşəkar nöqteyi-nəzərdən səthi yanaşmadır. Saat 18:00-da binaya girirlər və onlara izah edilir ki, işçilər məzuniyyətdədirlər. Yay vaxtıdır və hər kəs məzuniyyətdədir. Bu, insanların təbii əmək hüququdur. Bəlkə işə 1 saat tez gəlib, bir saat tez çıxırlar. Akademik məzuniyyətlər var. Sujet hazırlamadan öncə elm ocağının iş rejimini bilmək lazımdır. Həftədə 2 gün işçilərə kitabxanaya getməyə imkan verilir. Məsələn, Arxeologiya İnstitutunun əməkdaşları ekspedisiyada ola bilərlər. Bura elm ocağıdır, nə zavod, nə fabrikdir.

AMEA-nın giriş qapıları da fərqlidir. Ola bilər ki, işçilər arxa qapıdan çıxıblar. Birmənalı şəkildə qapıda dayanıb müəyyənləşdirmək ki, bu binada heç kim işləmir, ay qocalar belə, gənclər elə demək doğru yanaşma deyil”.
Azadə Balayeva elm ocağında qocalaşma prosesi məsələsinə də münasibət bildirib:

“Adam araşdırmayıb ki, gənclərə burada hansı şəraitlər yaradılıb və hansı institutlarla müqavilələrimiz var. Dünyanın hər yerində alim səviyyəsinə gəlmək üçün bəlli yaş olmalıdır. O demək deyil ki, bizdə gənc mütəxəssislər yoxdur. Hər il biz doktorantura və magistraturadan nə qədər insan qəbul edirik. Sadəcə, süjet qeyri-peşəkar hazırlanıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO