Azərbaycanda son 4 il ərzində 3 böyük sosial islahat zərfi həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu islahatlar 4 milyon vətəndaşı əhatə edib.
"Bu məqsədlər üçün dövlət büdcəsindən 6 milyard manata yaxın vəsait ayrılıb. Əmək və məşğulluq sahəsində həyata keçirilən islahatlar sosial-iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edir.
Onu deyə bilərəm ki, ölkədə minimum əməkhaqqı 2,3 dəfə artıb. Orta əməkhaqqı 50 faizdən çox artıb. 400 minə yaxın əmək müqaviləsi bildirişinin artımı var. Fəxrlə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu iki dəfədən çox artıb", - A.Əliyev deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 26.07.2022
Sosial islahat zərfi 4 milyon vətəndaşı əhatə edib - Nazir müavini
Hazırda oxunan: Sosial islahat zərfi 4 milyon vətəndaşı əhatə edib - Nazir müavini
Hazırda oxunan: Sosial islahat zərfi 4 milyon vətəndaşı əhatə edib - Nazir müavini
85476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.