Bakının mərkəzində SOYĞUNÇULUQ - 22 min manatını oğurlayıb qaçdı

Bakının mərkəzində SOYĞUNÇULUQ - 22 min manatını oğurlayıb qaçdı

Hazırda oxunan: Bakının mərkəzində SOYĞUNÇULUQ - 22 min manatını oğurlayıb qaçdı

85475

Bakının mərkəzində içərisində 5500 manat və 10 min dollar olan çanta aparılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildiirlib ki, DİN-in “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmir Yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10 200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub. 

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. 
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO