Əmək hüququnun pozulması ilə bağlı Ombudsmana edilən müraciətlərin SAYI

Əmək hüququnun pozulması ilə bağlı Ombudsmana edilən müraciətlərin SAYI

Hazırda oxunan: Əmək hüququnun pozulması ilə bağlı Ombudsmana edilən müraciətlərin SAYI

85462

Ötən il əmək hüququnun pozulması ilə bağlı Ombudsmana 1 582 müraciət daxil olub. 

Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda ictimai müzakirədə deyib. 

O bildirib ki, 2021-ci ildə əmək hüququ ilə bağlı Ombudsman Aparatına 1582 müraciət daxil olub. 

Onlardan 26 faizinin icrası təmin edib. Digər müraciətlər isə müvəkkilin səlahiyyətləri ilə bağlı olmadığı üçün aidiyyəti üzrə yönləndirilib. 

"Şikayətlərdən 582-si üzrə aidiyyəti qurumlara müraciət edilib. Şikayətlərin məzmunu daha çox əmək haqlarının ödənilməsi, yaxud gecikdirilməsi, istehsalat qəzalarına verilən müavinətlərin gecikməsi, hamiləliyə görə, əmək müqaviləsi olmadan işdən çıxarmalar və vətəndaşın pensiya yaşına az qalmış işdən azad edilməsi ilə bağlıdır", - S.Əliyeva deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO