Ağalıda ailə sağlamlıq mərkəzi fəaliyyətə başlayır

Ağalıda ailə sağlamlıq mərkəzi fəaliyyətə başlayır

Hazırda oxunan: Ağalıda ailə sağlamlıq mərkəzi fəaliyyətə başlayır

85447

“Zəngilan rayonunun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov səsləndirib.

O, ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. 

V.Qurbanov həmin şəxslərin tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib.

O, köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb.
Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO