Tərtərdə su üstündə mübahisə - SİLAHLAR İŞƏ DÜŞDÜ

Tərtərdə su üstündə mübahisə - SİLAHLAR İŞƏ DÜŞDÜ

Hazırda oxunan: Tərtərdə su üstündə mübahisə - SİLAHLAR İŞƏ DÜŞDÜ

85418

Tərtər rayonun silahlı insident baş verib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əskipara kəndində baş verib.

Belə ki, rayonun Yuxarı Qaradağlı kənd sakini Namiq Hüseynov ilə Əskipara kənd sakini Rəsul Mehtiyev arasında təsərrüfat suyu üstündə mübahisə yaranıb. 

Mübahisə zəminində Rəsul Mehtiyev hadisə yerini tərk edən Namiq Hüseynova ov tüfəngindən atəş açıb. Atəş nəticəsində xəsarət alan olmasa da, N.Hüseynovun "VAZ" markalı minik maşınına ziyan dəyib. 
Faktla bağlı araşdırma aparılır. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO