DYP-dən qəzalarla bağlı sürücülərə MÜRACİƏT 

DYP-dən qəzalarla bağlı sürücülərə MÜRACİƏT 

Hazırda oxunan: DYP-dən qəzalarla bağlı sürücülərə MÜRACİƏT 

85318

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib. 

Bizim.Media-nın məlumatına görə, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Apa.az-a bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür: 

"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir.

Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil, prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT


Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır. İnzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur.

Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur. Hadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir. Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin. Sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun”. 

Qeyd edilib ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər: “Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər. 

"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yarıma çatdırmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalıdır.
Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir. 

Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO