Vilyam Hacıyevə HÖKM OXUNDU – 12 il azadlıqdan məhrum edildi

Vilyam Hacıyevə HÖKM OXUNDU – 12 il azadlıqdan məhrum edildi

Hazırda oxunan: Vilyam Hacıyevə HÖKM OXUNDU – 12 il azadlıqdan məhrum edildi

85294

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Vilyam Hacıyev son söz deyib. 

V.Haciyev deyib ki, 1-ci Qarabağ müharibəsində köməklik göstərib.  

Onun sözlərinə görə, Xocalı faciəsi zamanı insanların təxliyəsində iştirak edib. O bildirib ki, Naxçıvan blokadada olan zaman müəyyən köməklik göstərib və bunun üçün Naxçıvanın fəxri vətəndaşı adına layiq görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Vilyam Hacıyevə nə qədər iş veriləcək?


Göygöl, Samux, İmişli rayonlarının icra başçısı olduğunu deyən V.Hacıyevin sözlərinə görə, həmin rayonlar qabaqcıl rayonlar sırasında olub, bunun üçün ona təşəkkürlər edilib.  

Vilyam Hacıyev daha sonra qeyd edib:  

"20 yanvar küçəsində orta məktəbin təmirinə 3 milyon, uşaq bağçasına 2 milyon, şahmat məktəbinə 1 milyon, bayraq meydanına 500 min manat, Cümə məscidinin 300 min, Asan parkın salınmasına 290 min manat, aztəminatlı ailələrin binasının təmiri üçün 200 min manat, tarix diyarşünaslıq muzeyinin tikintisi üçün 200 min manat, Heydər Əliyev mərkəzinin avadanlıqla təmin olunmasına 500 min manat və sair. Ümumilikdə, 10 milyon manat pul xərcləmişəm. Bu məbləğdən 1 manat da dövlət büdcəsindən vəsait ayrılmayıb. Hamısını daxili imkanlar hesabına etdirmişəm". 

Vilyam Hacıyev barəsində ədalətli qərar çıxarılmasını istəyib. 

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər hökm elan edib. Hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, prokuror Vilyam Hacıyevin verilmiş maddələrlə təsirli bilinərək 13 il azadlıqdan məhrum olunmasını istəmişdi. 

Prokuror həmçinin, sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını tələb etmişdi. 

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO