Şuşa daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Şuşa daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Hazırda oxunan: Şuşa daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

85286

Sentyabrın 29-30-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Şuşa və Bakı şəhərlərində “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, konfrans flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresurslar, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri, meşə və otlaq ekosistemləri, qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri, qorunan ərazilər, mövcud vəziyyət və perspektivlər mövzularını əhatə edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Sentyabrda Şuşada şahmat üzrə beynəlxalq yarış keçiriləcək


Konfransda, həmçinin genetik ehtiyatlar və ərzaq təhlükəsizliyi, təbii və antropogen fəlakətlərdən sonra su və torpaq ehtiyatlarının bərpası, onların səmərəli və təhlükəsiz istifadəsində müasir yanaşmalar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa və inkişafı, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri, herantoloji tədqiqatlar, biotəhlükəsizlik məsələləri, ekoturizm və biomüxtəliflik, yaşıl iqtisadiyyat mövzularını əhatə edəcək.

Tezisin mətni və konfrans haqqında ətraflı məlumatla AMEA-nın saytında tanış olmaq mümkündür. Tezislər avqustun 20-dək [email protected] elektron ünvanına göndərilməlidir.
Vaxtında təqdim edilməmiş, elmi səviyyəsi tələblərə cavab verməyən, yuxarıda qeyd edilən qaydalara riayət olunmamış və ciddi redaktə edilməmiş tezislər qəbul edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO