Zəngilan beynəlxalq hava limanına IATA kodu təyin edildi

Zəngilan beynəlxalq hava limanına IATA kodu təyin edildi

Hazırda oxunan: Zəngilan beynəlxalq hava limanına IATA kodu təyin edildi

85282

Zəngilanda yeni inşa edilən hava limanına ZZE - üçhərfli beynəlxalq kodu təyin edilib. 

Bizim.Media "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib. 

“Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”, - deyə “AZAL” prezidenti Cahangir Əsgərov bildirib.
Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb. 

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə istifadə olunur. 

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ - dördhərfli kodu təyin edib. 

Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlayıb. Zəngilanda beynəlxalq hava limanının tikintisi işlərinin bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. 
Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir. 

Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO