“Zəfər

“Zəfər" altsisteminə 200 minədək şəxsin məlumatları daxil edilib

Hazırda oxunan: “Zəfər" altsisteminə 200 minədək şəxsin məlumatları daxil edilib

85279

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib.

Bizim.Media xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib


DOST RİM direktoru Kənan Əkpərov bir neçə ay əvvəl istifadəyə verilən “Əmək Münasibətlər və Məşğulluq” (ƏMAS) sistemi barədə məlumat verərək bildirib ki, altsistemə keçidlə bağlı Mərkəz tərəfindən işəgötürənlər üçün təlimlər və vebinarlar təşkil olunub.

"Vebinarlar zamanı gündəlik 300-500 civarında işəgötürənin sualları cavablandırılıb və onlara rəqəmsal dəstək göstərilib.

Həmçinin altsistemdə yeni funksionallıqlar yaradılıb. Artıq əmək müqaviləsinin bağlanma tarixi cari dövrdən əvvəlki tarixə aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin sistemə əlavə olunması mümkündür.
Həmçinin bildirişlərin etibarsız edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) elektron müraciət etmək də olur. Əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi.

Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Altsistemin təkmilləşdirilməsi və yeni funksionallıqların əlavə edilməsi prosesi davam edir. Yaxın vaxtlarda məşğulluqla bağlı proseslərin də ƏMAS üzərindən həyata keçirilməsi təmin olunacaqdır”, - o əlavə edib.

Kənan Əkbərov onu da qeyd edib ki, mərkəzin digər bir layihəsi Zəfər altsistemi müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində önəmli rol oynayıb: “Altsistemə 200 minədək şəxsə dair məlumatlar daxil edilib.
Təyinatlar barədə məlumat şəxslərin e-sosial portalındakı şəxsi kabinetlərində yerləşdirilib. APA.az-ın məlumatına görə, “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO